İki professor haqqında KİV-də yayılan məlumat yalan çıxdı

İnterpolun axtarışı dayandırdığı barədə rəsmi sənəd-foto

Məlum olduğu kimi, bu gün bəzi media orqanlarında “interpol iki rektoru Bakıya təhvil edir” başlığı ilə məqalələr dərc olunub. Həmin məlumatda İnterpol tərəfindən axtarışa verilmiş iki rektor barəsində araşdırmalar aktiv fazaya qədəm qoyduğunu və bu səbəbdəndə Fransada və Almaniyada siyası sığınacaq almış Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev və «Təfəkkür» universitetinin Kiyevdə rektoru olmuş Riyad Əliyevin həbs olunaraq təhvil verilməsi prosesi başlandığı bildirilir.

Aparılan araşdırmalardan belə məlum oldu ki, yayılan bu informasiya əslində doğru deyil. Belə ki, İnterpolun Fransa və Almaniya büroları ilə əlaqə saxlayan Hefteaz.info-nun Avropadakı nümayəndəsinə məlum olub ki, Azərbaycan hökuməti dəfələrlə Elşad Abdullayev və Riyad Əliyevin Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsini xahiş etsələrdə İnterpolun adıçəkilən ölkələrdəki nümayəndəlikləri bunu qeyri-mümkün sayıb.Maraqlısı budur ki, hər iki professor hakimiyyətin yaydığı bu informasiyanı gülünc adlandırırlar. Hefteaz.info saytı ilə əlaqə saxlayan Riyad Əliyev xalqa müraciət edərək bu cür yalan informasiyalara  uymamağa çağırıb:

“Dəyərli dostlar! Hesab edirəm bu yazımda bəzi qaranlıq qalmış məqamlara da aydınlıq gətiriləcək.” İnterpol iki rektoru Bakıya təhvil verir ”  Bu tam dezinformasadir. Elsad Abdullaev Fransada, mən isə Almaniyada tam sərbəst yaşayiram. İnterpol bizim axtarışı dayandırıb, çünkü biz  günahsızıq. Bildirmək istəyirəm ki, mən qaçıb gizlənməmişəm, hazırda Almaniyada yaşayıram, öz işlərimlə məşgulam. Eyni zamanda da, mənə və ailə üzvülərimə qarşı olan cinayətlər haqqında müntəzəm olaraq Azərbaycan KİV-də yazılarla çıxış edirəm. Sosial şbəkələrdə də aktiv yazılarla çıxış edirəm. Bu günlərdə qardaşım Renat Əliyev həbs olunub. Iki-qat Avropa cenpiyonu Azerbaycanin idman serefini qoruyan,xalqinin,millətinin namuslu ve qiryetli oglu Renat Əliyev narkotikle serlenerek həps olunub.