14702386_1818391035103350_3220648399626514355_nSUSMARAM!!! Mən bir qulam, yük altında əzilmişəm, qardaşım, Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım… Damğa vurub, zəncirləyib tullamışlar zindana, Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana… Mənə «dinmə, sus!» — deyirsən, nə vaxtacan susacam? Böhranların, hicranların məhbəsində qalacam?! Niyə susum, danışmayım, insanlıqda payım var, Mənim ana Vətənimdir talan olan bu diyar?! Niyə susum, danışmayım, türk yurdudur bu torpaq?! Oğuzların, Elxanların Vətənində kimdir bax! Susmayacam!!! Qoy atsınlar yük altında ölüncə Təhqirlərə dözə-dözə düşmən mənə gülüncə… Süd verərkən doğma anam belə demişdir mənə: Səni qurban bəsləyirəm türk yurduna— Vətənə! Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut, Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! Sənin sevgin Vətən olsun, millət olsun, mən olum, Südüm sənə haram olsun xəyanət etsən, oğlum! Necə susum, danışmayım, mən eləyim xəyanət? Hanı sevgi, hanı Vətən, di harada qaldı millət?! Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac… Atam məhkum, anam salih, elim hər şeyə möhtac! Dil yaranıb danışmağa mən danışa bilmirəm, Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm… Koramal tək sürünməkdə denən varmıdır məna? Nə vaxtacan çörək üçün girək hər alçaq dona? Mən Azəri övladıyam, dərin əqlim, zəkam var, Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar? Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam! Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!

Aynur Islamova

15135885_1832000340409086_7435434689741782458_n