15032104_1828034617472325_7363820589203826598_nİş adamı Donald Trampın Amerika prezidenti seçilməsi ilə bağlı müzakirələr Azərbaycan mediasının da əsas mövzularından biridir. Bəzi iddialara görə, Amerikalı milyarderin prezidentliyi son dövrlər mövqelərini ciddi şəkildə itirən nəqliyyat naziri Ziya Məmmədovun yenidən dirçəlişi üçün bir trampilin rolunu oynaya bilər.Ziya Məmmədov kimin puluyla Trampla iş birliyi gurub ?Xalqdan ogurladigi pullardi.Danabaş Ziyayla qısa söhbəti təqdim edirik:

— Ziya Məmmədov dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?

– Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.

— Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?

– Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.

— Bu gün münasibətlər qalırmı?

– Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.

— Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?

– Bu qədər danışdım, yetər. Sağlıqla qalın… (Telefonun dəstəyini asır-red.)