15151198_228745164205733_1811487741_n.jpgTarix: 12 yanvar 2013 Polis su şırnaqlarından, zəhərli qazdan və rezin güllələrdən istifadə edib Saxlanılanlar arasında jurnalistlər də var. Saat 14.30. Ərazidəki hər kəsi yzaqlaşdırırmağa çalışan polislərlə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva və Mirvari Qəhrəmanlı arasında insident yaranıb. Polislər Mirvari Qəhrəmanlıya qarşı kobudluq ediblər. *** 15.03. Müsavat Partiyası gəncləri bulvar istiqamətindən meydana daxil olmaq istəsələr də, polis onların qarşısını kəsərək bəzilərini həbs edib. Aksiyada Müsavat Partiyası Gənclər Təşkilatının sədri, partiyanın Divan üzvü Tural Abbaslı, Müsavat Gənclər Təşkilatından Əvəz Məmmədov Ayxan Hacıbəyli, AXCP-dən Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Təzəxan Mirələmli, Arif Balayev, Tahir Həsənov, İsa Bayramov, Rauf Həsənov, Babək Həsənov, Rafiq, Nihad Hüseyn, Türkel Azərtürk, Səxavət Mehdiyev, Elvin Abdullayev, Teymur Kərimov, Orxan Rza, Asim Aşurov, Elnur Abdullayev, Məsməli Qasımzadə, Renat Nəcəfli, Elmir Qurbanov, Sahib Bağırov,AAMBŞ Təşkilatının üzvü Ümid Əzizli. “Nida” Vətəndaş Hərəkatından Turqut Qəmbər, Rəşad Həsənov, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, fəal Tural Hacıbəyli, Ayxan Musayev, jurnalist Anar Gəraylı, Ramin Hacılı, Ayxan Tan saxlanılıblar. *** Saat 15.10 Polis Fəvvarələr Meydanını boşaldır. Orduda dünyasını dəyişmiş əsgərlərin anaları ərazini tərk etmək istəmədikləri üçün polis onları saxlayıb və naməlum istiqanətə aparıb. Jurnalistlər də ərazini tərk etmək istəməsələr də, polis onlara güc tətbiq etməklə itələyərək zorla ərazidən uzaqlaşdırır. *** Saat 15.17 Fəvvarələr meydanında nisbi sakitçilik yaransa da, polis ərazini nəzarətdə saxlayır. Əynində «Press» yazılmış fərqləndirici gödəkcə olan daha bir jurnalist həbs edilib. Ümumilikdə saxlanılanların sayı 70-80 nəfərdir. *** Saat 15.24 Fəvvarələr meydanına bütün giriş-çıxışları polis bağlayıb. «McDonalds»ın yanında polislər canlı sədd yaradaraq jurnalistləri də polis bölməsi istiqamətinə buraxmırlar. Hərdənbir meydanın müxtəlif hissələrinə bir neçə nəfərdən ibarət qruplar şüarlar səsləndirməyə cəhd göstərsələr də, polis dərhal onları həbs edir. *** Saat 15.35 Aksiya davam edir. Saxlanılanlar arasında jurnalistlər də var. *** Saat 15.37 Aksiya davam edir. İştirakçılar müxtəlif istiqamətlərdə şüarlar səsləndirirlər: “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”! Polis su şırnaqları, dəyənək və rezin güllələrdən istifadə etməkdə və aksiyaçıları saxlamaqda davam edir. Artıq 50-dən çox iştirakçı saxlanılıb. Saxlanılanlar sırasında «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayıl da var. *** Saat 15.56 Polis Mərkəzi Unuvermaq tərəfdən meydana daxil olmaq istəyən ikinci dəstəni də su şırnaqları və rezin güllələrdən istifadə etməklə dağıdıb. Polis jurnalistlərlə aksiyaçılara heç bir fərq qoymur. *** Saat 16.12 Aksiya iştirakçıları yenidən meydana girməyə cəhd göstərir və polislə toqquşma yaranıb. *** Saat 16.15 Polis aksiya iştirakçılarına qarşı su şırnağı ilə yanaşı gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən də istifadə edir. Artıq 70-80 nəfər saxlanılıb və saxlanmalar davam edir. *** Saat 16.27 Aksiya başladı. Təxminən 5000-6000 nəfərlik aksiya iştirakçısına qarşı polis su şırnaqlarından istifadə edib. Jurnalistlər də aksiya iştirakçıları kimi su şırnaqlarının qarşısında qalıblar. *** Saat 16 50 «Bizim Yol»un reportyoru İdrak Abbasov bildirir ki, Fəvvarələr Meydanındakı bütün giriş-çıxışlarda polislər olsa da, hələlik heç bir müdaxilə yoxdur. Meydanda çox sayda jurnalıist toplanaraq, aksiyanın başlamasını gözləyir. *** Fəvvarələr meydanına təyin edilmiş “Əsgər ölümlərinə son” aksiyası öncəsi polis bütün yaxın ətrafı nəzarətə götürüb. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub , suvuran və digər təyinatlı maşınlar gətirilib. Qeyd ədək ki, gənclər orduda əsgər ölümlərinin artmasına etiraz olaraq aksiya keçirməyə qərar veriblər. 10 mart 15.00-a təyin edilmiş “Əsgər ölümlərinə son” aksiyası ilə bağlı Facebook sosial şəbəkəsində “event” yaradılıb və artıq 22000 min nəfər aksiyada iştirak edəcəyini təsdiqlıyib. Rəsmi qurumlar isə aksiyanın keçirilməsinə icazə verməyiblər.