15170839_1832397450369375_6221036895371455254_nAli Məhkəmə ( İlham Əliyev ) REAL hərakatının sədrini İlqar Məmmədovu azadliqa buraxmağa cəsarət etmədi… Tezliklə İlqar Məmmədovu və timsalında bütün vicdanlı insanları azadlıqda görək…

Avropa İttifaqı xarici işlər komissarının ofisi bildirir ki, Azərbaycan Ali Məhkəməsinin siyasətçi İlqar Məmmədovun apellyasiyasına mənfi cavabı Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü il tarixli hökmünə ziddir.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin sözçüsü Maja Kocijancic tərəfindən yayılmış bəyanatda deyilir ki, Avropa İttifaqı və başqa beynəlxalq müşahidəçilər cənab Məmmədovun işi üzrə sözü gedən dinləmədə iştirak ediblər.

Sənəddə bu da qeyd olunur ki, Avropa İttifaqının xarci işlər komissarı Federica Mogherini bu məsələni fevralın 29-da Bakıya səfəri zamanı da müzakirə edib.

“Biz Azərbaycanı Avropa Şurasının üzvü kimi özünün Avropa İnsan Haqları Konvensiyasına müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərinə əməl etməyə və Avropa İnsan Haqları Məhkəməsinin cənab Məmmədov barədə hökmünü icra etməyə çağırırıq” – deyilir bəyanatda.