Jurnalistin işgəncə şikayəti rədd olundu

Soyundurub əllərinə yaş dəsmal bağlayıb qollarina arxadan qandal vurub təbik yumruq altinda döyüblər .o qədər çənəsinə yumruq vurublar ki dişləri oğulub.burnundan hər allahın verən günü qan qəlir .4 aydan sonra baş prokrorluqdan adam gedib muayinəsiz baxmadan isgəncə olunmadığına dair rəy verib .məhkəmənin vəsadəti rədd edməsi tam qanunu və ədalətlidi!!!hamı yalan deyir bir onlar düz deyirlər .Allah böyükdür unutmayın zalimlər….GEC EDƏR GÜC EDER

Noyabrın 21-də Səbail Rayon Məhkəməsində Rauf Əhmədovun sədrliyi ilə jurnalist Fikrət Fərəməzoğlunun işgəncəyə məruz qalması iddiası üzrə şikayətinə baxılıb.
Jurnalistin vəkillərinin vəsatətlərinə baxmayaraq, F.Fərəməzoğlu məhkəməyə gətirilməyib.
F.Fərəməzoğlunun təkrar məhkəmə-tibbi ekspertizasından keçməsi barədə vəkillərinin vəsatətini də məhkəmə rədd edib.
Jurnalist məhkəməyə şikayətində qeyd edib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu döyüblər, dişlərini sındırıblar.
Lakin məhkəmə jurnalistin şikayətini təmin etməyib.
F.Fərəməzoğlunun vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.
Jurnalistin işgəncə ilə bağlı dediklərinə, hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən hər hansı münasibət bildirilməyib. Münasibət öyrənmək məqsədilə bu idarəyə edilən zənglər də nəticəsiz qalıb.
F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
DİN-in məlumatına görə, jurnalist bir sahibkardan 3000 manat rüşvət alarkən saxlanılıb.
Sonradan ona qarşı ittiham daha da sərtləşdirilib. Bu dəfə ittiham bir qrup şəxs tərəfindən hədə-qorxu ilə rüşvət tələb etmə və ya əmlakın ələ keçirilməsi məqsədilə bu cür hərəkətlərin törədilməsindən bəhs edir.
Əgər birinci ittiham üzrə F.Fərəməzoğluna 5 il həbs verilə bilərdisə, indi ittihamlar sübut olunarsa, onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.
Jurnalist ittihamları qəbul etmir.