15134584_230017070745209_1418175396369011920_nMən, iş adami Bayramov Mahxmud bəyan edirəm ki, hal-hazırda Avropada Almaniyada yaşayıram və siyasi-ictimai fəaliyyətimi burada davam etdirirəm. Buradakı fəaliyyətimi Avropa Azərbaycanlıları Milli Birlik Şurası və Beynəlxalq Hüquq & Ədalət təşkilatı daxilində Qabil Rzayev, Riyad Aliyev, Elşad Abdullayev və s.. kimi Azərbaycanımızın savadlı, qeyrətli və mərd oğulları ilə birgə həyata keçirməyimlə qürur duyuram. Düşünürəm ki, harada olmağımızdan asılı olmayaraq vətənimiz Azərbaycanı unutmamalıyıq və vətən üçün əlimizdən gələn hər bir köməkliyi əsirgəməməliyik. Qarşıma qoyduğum məqsədi həyata keçirmək üçün lazım olan bütün dəstəyi və köməyi AAMBŞ-nın sıralarına daxil olduqda gördüm. Bunun üçün də, hər iki təşkilatın sədri və qurucusu olan, gözəl insan, vətəninə, bayrağına, dininə ürəkdən bağlı olan şəxsiyyət Qabil Rzayevə öz minnətdarlığımı bildirmək istəyirəm. Onun siyasi qabiliyyətinə, əzmliliyinə, vətənpərvərliyinə və ən əsası gözəl bir insan olduğuna inandığım üçün, qərib ölkədə çiyin-çiyinə «AZƏRBAYCAN»adlı davamız uğrunda addımlamağı qərara aldım. Qəribçilikdə bizi bir ailə şəklində birləşdirdiyinizə görə sizə minnətdarıq Qabil bəy. Avropada yaşayan, Azərbaycanlı olması ilə fəxr edən və Vətən sevgisi ilə alışıb yanan hər bir kəsi Avropa Azərbaycanlıları Milli Birlik Şurası sıralarına qoşulmağa dəvət edirəm. Hörmətlə, Mahxmud..

15107260_230017130745203_8039575292655244598_n.jpg