14595794_1821432764799177_3707241191265122470_nAzərbaycanda devalivasiya, iqtisadi, maliyyə böhranı və sosial problemlər durmadan artmaqda davam edir. Min dəfələrlə təəssüflər olsun ki, bunun gerçək səbəbləri nə ölkə mətbuatı, nə də müxalif partiyalar və QHT sektoru tərəfindən açıqlanmır. Ölkənin talan siyasətinin davamlı şəkildə necə aparıldığını biz əldə etdiyimiz bilgilər sayəsində açmağı qərara almışıq.

Bu yaxınlarda apardığımız müşahidələr əsasında qeyd edə bilərik ki, Azərbaycan Respublikası Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində hər ay əldə olunan gəlirlərin sayəsində bu qurumda çalışan işçilərə azından 3 min dollar maaş vermək olar. Ancaq, bu idarədə çalışan işçilərin bəzən aylarla maaşları süni şəkildə gecikdirilir. Hər bir ölkənin daxili və xarici əlaqələrinin inteqrasiyasında mühüm yer tutan dəmir yolu və rabitə sektoru inkişaf və ya tənəzzülə baxmadan daim qazanc əldə edən sektor sayılır. Azərbaycanda isə bu iki sektor ölkənin əsas talan mərkəzi hesab olunur. Son günlər Rabitə və Texnologiyalar nazirliinin rəhbərliyi tərəfindən bu sektorda əldə olunan gəlir mənbələrinin necə talan olunduğu rəsmi rəqəmlərlə ifşa olunsa da, Baş Prokurorluq və Daxili İşlər nazirliyi “susmaq qızıldan da bahadır” prinsipini sərgilədi. Biz isə qeyd edirik ki, ölkənin digər qurumları da bu talan siyasətinin bir parçasıdırlar. Bunun örnəyini isə biz göstəririk. Gerisi Azərbaycan hüququ-mühafizə orqanlarının vəzifəsinə aiddir. Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Cavid Qurbanov keçəndən sonra, onun müavini və baş rüşvətyığan statusunu da Vüsal Aslanov əldə etdi. Beləliklə talançılığın yeni mərhələsi başladı. Bu gün dəmir yolunda xariclə əlaqədar yükdaşımalarda hər tonun qiyməti 10 dollar həcmindədir. Cavid Qurbanov və onun müavini Vüsal Aslanovun birlikdə apardıqları maxinasiyalar nəticəsində ölkə büdcəsinə əldə olunan gəliri 10 manat hesabında ödəyirlər. Halbuki, 10 dollar bazar qiyməti ilə 17 manat gəlir deməkdir. Beləliklə məlum olur ki, yükdaşımalar sayəsində hər tona görə Cavid Qurbanov 7 manat qazanc əldə edir. Dövlət Dəmir Yolları QSC-dən əldə etdiyimiz məlumata görə, rəsmi statistika əsasında bu idarə hər ay 5 milyon ton yük daşıyır. Beləliklə aydın olur ki, Cavid Qurbanovun təkcə yükdaşımalardan aylıq qazancı 35 milyon manatdır. Maxinasiyaları gerçəkləşdirmək üçün, Cavid Qurbanov başqa bir fırıldağa da əl atıb. Bu, öz oğlu Şəmşir Şəmşirlinin sahibi olduğu “Karvan” şirkəti ilə bağlı olan qaydalardır. Belə ki, Dövlət Dəmir Yolları QSC yükdaşımalarla bağlı “Karvan” şirkəti ilə müqavilə imzalayıb. Əldə olunan dollarlar “Karvan” şirkətinin balansına köçülürülür. Şirkət də bunun qarşılığında Dövlət Dəmir Yolları QSC-nin balansına manatla ödəmələr əməliyyatını aparır. Qeyd etdiyimiz rəqəmlərə görə yükdaşımalar zamanı bir aylıq Cavid Qurbanovun gəliri 35 milyon, illik isə 420 miyon manatdır. Dövlətin dərin böhran yaşadığı bir dönəmdə belə, ölkənin iriçəkili məmurları özlərinin talançılıq siyasətini bax beləcə davam etdirirlər. Bizə daxil olan məlumatlara görə, Cavid Qurbanov Azərbaycanın Avstriyadakı keçmiş səfiri Fuad İsmayılov rəhmətə gedəndən sonra, onun dul qalmış həyat yoldaşı ilə ailə qurub. Əslində Cavid Qurbanov bu addımı atmaqla birbaşa prezident İlham Əliyevlə bacanaq olub. Son vaxtlar beynəlxalq birliyin, xüsusilə də Qərbin təzyiqləri nəticəsində Azərbaycanda kadr islahatlarının aparılması gündəmdə olan başlıca vəzifələrdən biri sayılır. Cavid Qurbanov “bacanaq” siyasətindən yararlanaraq, ya 82 yaşlı baş nazir Artur Rəsizadənin, ya da 25 sentyabr 2016-cı ildə zorla referendum yolu ilə keçirilən Konstitutsiyaya dəyişikliklərdən sonra vitse-prezident yerinə iddialı olduğunu dəfələrlə yaxın çevrəsində nümayiş etdirməkdən belə çəkinməyib. Analitiklərin fikrincə, əgər prezident İlham Əliyev ölkədə kadr islahalatlarını aparacaqsa, bu dəfə yaşı 75-82 olan qoca təqaüdçüləri, yəni “qoca korrupsionerlər”i “fəxri təqaüd”ə göndrəməklə, onlardan bir qədər cavan olan quldurların mövqeləri hakimiyyətin yüksək eşalonunda daha da gücləndiriləcəkdir. Bütün bunlar əslində avtoritar və ya diktator rejimlərinin əsil mahiyyəti deməkdir. Dəmir Yolları İdarəsində alın təri ilə gecə-gündüz çalışan sıravi işçilərə aylıq maaşlarını süründürə-süründürə ödəyən bir qurumun başçısı olan Cavid Qurbanovun “dəmir sirri”nin gizlinlərinə əsasən qeyd etmək olar ki, bu qədər quldurcasına maxinatorluq edən birisini İlham Əliyev prezident kimi daha yüksək vəzifələrdə görmək iddiasını heç bir zaman gizlətməm