1448723202_58c8e64c1544a29ff651930db70836a8Vəli Rzayev şərti adı altında bir polis zabiti azereurotimes.com saytının elektron poçt ünvanına Nardaranda baş vermiş hadisə ilə bağlı daxili İşlər nazirinin ünvanına geniş izahlı müraciət ünvanlamışdır.

Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

«Nardaranda» EV MÜHASİRƏYƏ ALINIB SƏS GÜCLƏNDİRİCİLƏRLƏ TƏSLİM OLUNMAQ TƏLƏB OLUNMALIYDI. Bunu edibsiz? Axı onların əlində girovlar olmayıb… Hücum etmək üçün heç bir əsas və səbəb olmayıb…

Nardaran Əməliyyatıyla bağlı Ramil Usubova polis zabiti Vəli Rzayev (ad şərtidir və məlum səbəblərə görə təqdim olunmur) tərəfindən açıq məktub:
Hörmətli cənab nazir!

Sizin şəxsiyyətinizə böyük hörmətim var!
Mən 10 ildən artıqdır polis sıralarında zabit kimi xidmət edirəm. Dəfələrlə müxtəlif əməliyatlarda iştirak etmişəm.

Bir vətəndaş kimi həmdə polis işcisi kimi Nardaranda ölən 2-si polis olmaqla 7 vətəndaşımızın ölümü mənidə sarsıtdı. İctimayətdə və hətta polis əməkdaşları arasında gəzən söz söhbətlərdə belə bir fikir dolaşır ki, 2 polis əməkdaşı hakimiyyət tərəfindən öldürülüb. Əslində mən buna inanmıram heç inanmaqda istəmirəm. Lakin xüsusi əməliyyatın nə olduğunu çox gözəl bilən bir polis işcisi kimi Nardaran əməliyyatını və nəticələrini qiyabidə olsa analiz edərkən bəzi şübhələr təbii olaraq yaranır. İndi biz polisləri yalnız bir sual maraqlandırır. Əməliyatda öldürülən polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev hansı şəraitdə və kimin tərəfindən öldürülüb? Hakimiyyətə qarşı yaranmış şübhələri dağıtmaq üçün əməliyyatın video çəkilişini geniş ictimayyətə təqdim olunması çox vacibdir. Buna görədə bütün Azərbaycan polisinin adınnan cənab nazir Ramil Usubovdan xahiş edirəm Azərbaycan polisinə hörmət əlaməti olaraq Nardaran əməliyyatıyla əlaqədar, real əsaslara söykənən və videofaktla aydınlıq gətirməklə bağlı göstəriş verəsiniz.
Əməliyyat çəkilişi təqdim olunmadığı halda ictimayyətin hakimiyyət haqqında olan ehtimallarına heç bir şübhə qalmır və belə bir qənaətə gəlmək olar ki həqiqətəndə 2 polis zabiti hakimiyyətin göstərişiylə öldürülüb.