15192783_1835212130087907_7871659933045494504_nBu ləqv olunmuş MTN -nin generallarından Çovdarovun əsas iş prinsipi idi. Əvvəlcədən hədəfinə aldığı iş adamlarından ağına-bozuna baxmadan, böyük məbləqdə pul qopartmaq üçün ayağını dirəyir ki, qatıq ağ deyil, qaradır. Di gəl, qatığın ağ olduğunu sübut elə görüm necə sübut edirsən. 2015-ci ilin oktyabr ayının əvvəllərində böyük bir tikinti şirkətinin mühasibi Y.Rzayevanı özünün xüsusi görüş yerlərindən birinə apartdırıb, öncə işqəncə verib qorxudub, gözünün odunu almış, sonra tikinti şirkətinin rəhbərliyinin üzünə durmağa məcbur etmişdi. Guya həmin adam Y.Rzayevanın yanında müxalifətçilərə 5000000 ( beş milliyon) manat köməklik etmişdi. Belə şərəfsizlər üçün həyatda müqəddəs heç nə yoxdur! Onların qarşısını heç nə kəsə bilməz! Qarşılarına qoyduqları məqsədlərinə catmaq üçün bütün üsullara əl atırlar. O başa düşə bilmir ki, bir insan 8 il mühasib işlədiyi, halal çörək yediyi bir şirkətə, onun rəhbərliyinə necə xəyanət edə bilər. Y.Rzayeva da qalmış iki od arasında. Çovdarovun dediyini etməsə onu sağ buraxmayacaqlar. Onun dediyni yetinə yetirsə, bəs vicdan? Vicdandan da keçdik. Nahaqq yerə birinin üzünə durub, yalan ifadə verib evini yıxandan sonra bu kəz şirkət sahibi onu yaşadardımı? Budur Çovdarovun qatığın rəngi ilə yıxdığı evlər!

Arif Nağı