Camaat bilmir nece etsin , nece dolansın, uşagının üzünə baxa bilmir içi qan aglayır. Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəc vəsaitin məbləği məlum olub, yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Xalqla hakimiyyət ayrı-ayrı dünyalarda yaşayır.

Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəc vəsaitin məbləği məlum olub.

Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.Göründüyü kimi ölkə vətəndaşının aclıqla, işsizliklə sınağa çəkildiyi bir vaxtda, hakimiyyət mənasız bir yarışmaya yenidən könül vermək istəyir. Şəhid ailələrinin sığorta pulunu verməyə canları çıxır, 2.5 milyon vətəndaşın kredit bataqlığında çırpınmasına tamaşa edirlər, xarici borc yükünü artırırlar, səhiyyə xərclərini azaldırlar və bütün bunlardan sonra heç kimin sahib çıxmadığı daha bir yarışmaya ev sahibliyi etmək istəyirlər.