• 15109575_1831999770409143_2929524328553408385_nBir vaxtlar telekanallar idmana diqqət və qayğıdan dəm vurardılar. Biləyinin gücünə güvənən bir çox idmançılar Azərbaycanımızı Avropa və olimpiya çempionatlarında layiqincə təmsil edirlər, bayrağımızı yüksəyə qaldırdılar və ölkəmizə medallar gətirdilər. Bu idmançılardan biri də karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim Renad Əliyevdir. O, idman sahəsində göstərdiyi bir çox xidmətlərin müqabilində mükafat olaraq bugün ənənəvi maddə olan narkotik satma maddəsi ilə şərlənərək həbs olunub. Mənim oğlum da idmançıdır. Artıq üçüncü dəfədir ki, keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsini fəth edir. Gələcəyi çox məhşur idmançı ola biləcək bu uşaq Renad Əliyevin həbsindən xəbərsizdir. İdmançıya olan bu haqsızlığı uşağa deyib onu idmandan soyutmaq istəmirəm. Mən istəyirəm ki, övladım öz vətənimdə yaşasın və gələcəkdə mənim qürurum olan üçrəngli bayrağımı beynəlxalq dərəcəli turnirlərdə dalğalandırsın. Hörmətli dostlar, bugün yaxşı idmançılarımız, savadlı alimlərimiz, savadlı həkimlərimiz rejimin yarıtmaz siyasətinin ucbatından xaricə meyl edirsə bu gələcəkdə bizim məhvimizə aparan bir siqnaldır. Ona görədə gəlin məhbəsdə günahsız əziyyət çəkən idmançılarımızın, həkimlərimizin, jurnalistlərimizin, gənc fəallarımızın azadlığını tələb edək. Biz haqsızlığa göz yumduqca zülm ayaq tutub yeriyir. Birlik olaq, zülmə YOX deyək.

    Zaur Cabbarlı