15232126_1836764716599315_4008878591422420174_nHörmətli xanımlar və cənablar, yəqin ki, xəbəriniz vardır? Avropada sizin imzalarınızla kimə gəldi verilən dəstək məktubları havada uçuşur. Verilən dediyim, iqtidar emmisarlarının 500€-1000€ arasında satdığı bu məktublardan, kimlərin satdığı haqqında, bu məktubların saxtalığı haqqında Avropa ölkələrinin xüsusi ilə də Almaniyanın lazımı orqanlarının məlumatı vardır. Bu məktubların, yumuşaq desəm, bir konfet kağızı qədər əhəmiyyəti yoxdur. Bu olsa-olsa sizi və Azərbaycandakı ana-müxalifətin, onun səviyyəsinin bir göstəricisidir. Son zamanlar 10 minlərlə ailə ancaq Almaniyaya axın etmiş. Bu bir neçə sual doğurur. 1. Azərbaycanda həqiqətən də bu qədər siyasi fəal varsa, bəs niyə Əliyev sülaləsi iqtidardadır? Bu qüvvə ilə bu rejimi 17 dəfə dəyişmək olardı. 2. Bu siyasi fəallar hansı fəaliyyətlərinə görə təqib olunurlar. Onların öndərləri ara-sıra kəskin çıxışlar etdikləri halda əl-qollarını sallayıb Azərbaycanda sərbəst gəzirlərsə, bunla niyə təqibə məruz qalmışlar? 3. Siz, doğrudan, da Azərbaycanı boşaltmaqla iqtidarın dəyirmanına su axıdırsınız. Çünki aktiv insanların hamısı Azərbaycanı tərk edir. Yerdə yalnız, zülmlə barışan, mütii insanlar qalır. Bununla siz də rejimin ömrünü uzatmaqmı istəyirsiniz? 4. Siz bu gün xalqa imzanızı satmaqla cibinizi doldurursunuz, sabah hakimiyyətə gəlsəniz, bu xalqın kimliyini, varlığını, milli-mənəvi sərvətlərini talamazmısınız? Papağınızı qabağınıza qoyub yaxşı-yaxşı düşünün!

Yegana Rzayeva