akif-eynulla

Akif Çovdarov hakim qarşısında agentini ifşa edib – “Eynulla Fətullayev indi də DTX-ya işləyir”

Akif Çovdarovdan Eynulla Fətullayevə ittiham Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov sonuncu məhkəmə prosesində Haqqin.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin haqqında sərt ittihamlar səsləndirib.

Akif Çovdarov məhkəmə prosesindən yalnız Eynulla Fətullayevin rəhbərlik etdiyi media orqanlarının reportaj verməsini belə izah edib:

“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Burda olanlar müvafiq qurumlar tərəfindən izlənilir. Eynulla Fətullayev bizim dövrümüzdə MTN-ə işləyirdi, biz ötürürdük, indi də DTX-yə işləyir onlar ötürür,Eynulla Fətullayev indi də Mədət Quliyevin tulasidir”.

Qeyd edək ki, Akif Çovdarovun məhkəməsi qapalı keçirildiyindən media prosesə buraxılmır. Amma Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlar prosesdə baş verənləri təfərrüatı ilə yayımlayır. Son prosesdə Akif Çovdarovun fikirləri isə yarımçıq verilib. Onun Eynulla Fətullayev barədə dedikləri bir qədər təhrif olunmuş formada verilib.