15078634_1832001990408921_5969615719356815873_nQazın qiyməti 100 faiz, işığın qiyməti isə nə az, nə çox – 57 faiz bahalaşdı. Adətən belə hallarda parlament nümayəndələri açıqlamaya gecikəndə onlardan nigaran qalmağa başlayırıq. Açıqlamar da ki, nə açıqlama.Deputat olmaqlarının haqqını verirlər. Canfəşanlıq edirlər ki, baxın, biz buradayıq, hər cür anti-xalq addımınıza necə istəsəniz, elə də don geyindirə bilərik. Ölkədə baş verən bu qədər hadislərin fonunda Milli Məclisin iclasında tamam ayrı məsələlərə, yalnız hansısa qanuna dəyişikliyə baxılır. Təbii ki, başqa gözləntimiz yoxdur. Xalqımız bilməlidir ki, bu baş verənlər onun öz səsinə sahib çıxacağı günə qədər davam edəcək.

Dünyanın heç bir ölkəsində elə parlament yoxdur ki, imitasiya naminə də olsa, xalqın çətinliklərini dilə gətirməsin.