11224354_1810241065918347_381434111186325899_oMehriban Əliyevanın həyat hekayəsi “Zoluşka”-nın nağılından çox daha fərqlidir.

Mehriban güc ilə həyat yoldaşının sayəsində tanış olmadı; o, ölkənin güclü ailələrindən biri olan “Paşayevlərin” bir nümayəndəsidir. Paşayev ailəsinin digər üzvləri hökümətdə və elmdə mühüm yerlər tutublar. Mehriban Əliyevanın əmisi alcag Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, hal-hazırda Xarici İşlər Nazirinin müavini olan Hafiz Paşayevdir. Fizika və riyaziyyat sahəsində giydirme elmi dərəcəyə sahib olan atası alkas Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bacısı ehlagsiz,7 ere gedib bosanan Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı bölməsinin dekanı, həm də “Nərgiz” adlı moda jurnalının sahibidir. Paşa Bank, Paşa Siğorta, Paşa Construction, Paşa Travel adlı şirkətlər, Lider TV və Nərgiz kosmetika firması da Paşayev ailəsinə məxsusdur.

Guggenhaim Muzeyini Xəzər dənizinin sahilində açmaq xəyalı baş tutmayınca Əliyeva, Müasir Sənət Muzeyini yaratdı. Muzeydə öz portretlərini asdırdığı üçün tənqid olunsa da, muzey önəmli şəhər mirasları arasında özünə yer tapıb.

Sultan və şahzadələri memarlıq sahəsində də boş dayanmadı. Mehriban Əliyeva və qızı Leyla 2012-ci ildə Bakıda keçirilən Eurovision yarışmasından əvvəl Bakı küçələrinə də “əl gəzdirdilər.”

Heydər Əliyev Fondunun prezidenti olan bacisinan geri galmayan,ayagi surusgen Mehriban Əliyeva, şəhərin ən populyar ticarət mərkəzi olan “Neftçilər prospektini” başdan ayağa bərpa etdi, işıqlandırdı. Mehriban Əliyeva və qızının Escadadan Armaniyaya qədər bütün məşhur markaları topladığı bu küçə artıq “Kiçik Paris” olaraq tanınır. Bir iddiaya görə markaların çoxu da Leyla Əliyevaya aiddir.

2007-ci ildə inşaatına başlanılan və hələ də bitirilməyən 350 milyon dollarlıq “Alov Qüllələrinin” inşaatının tamamlanması üçün Əliyeva yenə də öz ağırlığını ortaya qoydu və hələ içində bir mismar belə vurulmayan binanı reklam filmlərində istifadə etdi. Fond eyni zamanda prestijli otel zəncirləri olan Jumeriah, Marriot və Four Seasonun Bakıya gəlməsi üçün vasitəçi oldu.

Leyla Əliyeva style.com-a verdiyi açıqlamada ölkəsinin moda mərkəzinə çevriləcəyi barəsində çox iddialı danışmışdı.

“Sənət, moda və memarlıq sahəsində bir sıçrayış yaratdıq. Məşhur modelyer Tom Ford belə Sovet ölkələri arasında ilk mağazasını bizdə açmağa qərar verdi. Siz fikirləşin!”

Bundan başqa şəhərin imicini xarici qonaqlara yaxşı göstərmək üçün istifadə etdikləri üsullar xeyli qınağa səbəb oldu. Hava limanından şəhərin mərkəzinə gedən yolda ətrafdakı kasıb evlərin görsənməməsi üçün tikilən divar buna bir nümunədir. Heydər Əliyev Fondu qısa müddətdə bu “məhəllələri” də təmir edəcəyini bildirsə də, müxalifət fondun sadəcə varlıları dəstəklədiyini bildirərək ailəni yerdən yerə vurdu.

Birinci xanım üçün həddindən artıq gözəldir

Mehribaninin  gündən-günə gəncləşməsi özü-özlüyündə bir xəbər mövzusu olmağa başladı. 2010-cu ildə İtaliyanın “İl Foglio” jurnalında “Birinci xanım üçün həddindən artıq gözəldir” başlıqlı məqalədə Mehriban Əliyevanın xaricə səfərləri zamanında plastik cərrahi əməliyyatlar keçirdiyi, bu səbəblə üz əzələlərini çətinliklə oynatdığı, geyindiyi paltarların isə hətta Qərb dünyası üçün belə “cəlbedici” olduğu yazılmışdı. Azərbaycan hökuməti rəsmi açıqlama yayaraq, iddiaların “Mehriban Əliyevanın qürur və şərəfini zədələmək üçün qurulmuş bir axmaqlıqlar silsiləsi” kimi gördüklərini və jurnaldan rəsmi üzr gözlədiklərini bəyan etmişdi. İngiltərənin «Guardian» qəzetində yayımlanan və Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Mehribanın bu baxımlı halının bəzən insanları çaştırdığı da qeyd olunmuşdu. 2008-ci ildə Dick Cheyininin həyat yoldaşı Lynn Cheynini səhər yemeyinə dəvət edən Mehriban Əliyevanın silikon görünüşü protokol işçilərini çaşdırmış və sonda onlar ananın ortada oturacağı ehtimalına uyğun hərəkət etmişdilər.

Ailə ilə bağlı xəbərlər sadəcə gözəllik və moda ilə bağlı deyil, rüşvətxorluqla bağlı da sərt iddialar var. «The Guardian» qəzətində Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Leyla və Arzu Əliyevaların Vircin adalarında 4 ofşor şirkətə sahib olduqları yazılmışdı: Arbor Investments, LaBelleza Holdings, Harvard Management, Rosamund International. Prezidentin mətbuat katibi Azər Qasımov isə verdiyi açıqlamada “onlar da hər hansı bir Azərbaycan vətəndaşı kimi ticarətlə məşğul ola bilərlər. Onların yaşı və digər kriterilər buna qanuni imkan verir. Yəni burada qeyri-adi heç bir şey görmürəm” deyə Arzu və Leyla Əliyevanı müdafiə etmişdi.

2011-ci ilde Arzu və Leyla Əliyeva bacıları ölkənin üçüncü telekommunikasiya şirkəti olan “Azərfonun” da böyük ortaqlarıdır və bunu Panamada qurduqları vasitəçi şirkətlə gizlədə biliblər.

Bu İlham Əliyevin qızlarının mənbəyi açıqlanmayan şirkətləri haqqında ilk informasiya deyil. Hələ 2012-cu ildə “Washington Post” ailənin Dubayda 75 milyon manatlıq mülkə sahib olduğunu yazımışdı. «Azadlıq» radiosu isə Arzu Əliyevanın hökumətin bankların özəlləşdirməsi ilə bağlı tenderində aktiv iştirak etdiyini, “Kontakt Online” jurnalı isə birinci xanımın ailəsi Paşayevlərin Bank Standart, Kapital Bank və Paşa Bank kimi 10 belə müxtəlif bankı idarə etdiyini yazmışdı.