15665460_1851150425160744_6432148624974277363_n.jpgAstan Şahverdiyevi zibil qutusuna atmağ lazimdir, Ukraynada kimi ,otxod deputatlarin yeri oradır.

  • A.Şahverdiyev haqda ilginc dosye ortaya çıxıb. Onlardan biri budur ki, Cəbrayılın icra başçısı Kamal Həsənovla rayonun polis rəisi Araz Şahverdiyevin qardaşı Şahin Şahverdiyev arasında insident yaşanıb.

    Şəxsi zəmində baş vermiş mübahisə nəticəsində Şahin Şahverdiyev tüfənglə icra başçısının başının üzərindən atəş açıb.

    Məlumatda bildirilir ki, Şahin Şahverdiyev deputat Astan Şahverdiyevin qardaşı oğludur. İddialara görə, elə deputatın məsələyə müdaxiləsindən sonra məsələnin böyüməsinin qarşısı alınıb.

    Başqa bir məsələ — əməkdar artist Firuzə İbadovun torpaq sahəsi deputat tərəfindən ələ keçiriib. “Millət vəkili Astan Şahverdiyevin kürəkəni Aqil Fətəliyev məni aldadaraq, fırıldaq yolu ilə torpağımı əlimdən alıb. 2-ci alıcı vasitəsilə torpağı satdım.

    Bunu mənim torpağımı alan ikinci satıcı qismində alqı-satqıda iştirak edən Rəşid Əhməd oğlu Allahyarov da təsdiqləyə bilər.

    Bu günə qədər də mənim haqqım olan nə pul mənə verilir, nə də torpağım geri qaytarılır. Millət vəkili ilə dəfələrlə əlaqə yaratmağa çalışsam da, o, bu görüşə razılıq verməyib”.

    Millət vəkilinin biznes imperiyasına daxil olan obyektləri da saymaqla bitməz. Təkcə Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var.

    Bunların içərisində ən böyüyü «Qarabağ» market və aptekdir. Parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır.

    Politika.Az xatırladır ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər.

    Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

    Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir.

    Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildir

    Bu gün Azərbaycanda deputatlar xalqa yox iqtidar olan dələduz YAP hakimiyyətinə işləyir. Deputatlar əslində xalq tərəfindən seçilmələri olduğu halda dələduz YAP seçkiləri saxtalaşdıraraq öz istədiyi adamları deputat seçir. Milli Məclisdə olan deputatların çoxu savadsız biqeyrət şərəfsizdilər. Qoyun bizim deputatlardan daha xeyilidir xalqımız üçün. Deputatlar özlərini düşük meymun kimi aparırlar. Bizim Milli Məclis sanki bir zoparkı xatırladır. Nə qədər yaltaq bambılı insanlar var hamısı Milli Məclisdədir. Ən böyük bambılı Oktay Əsədovdur. Oktay Əsədov Milli Məslisin yox zoparkın sədridir.Təyinatlı deputatın xalqı “otxod”, “qudurğan”, “azğınlaşmış kütlə” adlandırması ciddi etirazlara səbəb olub. Ləyaqətli insanlar xalqın təhqir edilməsinə etirazını bildirir, deputatın üzr istəməsini tələb edir. Amma maraqlıdır ki, bu qədər etirazların içində bir nəfər də hakimiyyət təmsilçisi yoxdur. İqtidar partiyasının rəhbərliyi, dövlət və hökumət rəhbərliyi niyə susursunuz? Yoxsa bu xalqın şərəfini qorumaq sizlik deyil? Bəlkə daxilən Astan Şahverdiyevlə həmrəysiniz? Belə olmadığını haradan bilək? Astan Şahverdiyev üzr istəməlidir. Lakin bu kifayət deyil, iqtidar bu məsələyə münasibət bildirməlidir. Astan Şahverdiyevin hərəkətləri birmənalı pislənməli, komandanın təmsilçisinin hərəkətlərinə görə hakimiyyət xalqdan üzr istəməlidir!

Реклама