Поиск

AZEREUROTİMES

azereurotimestv.wordpress.com

Həbsdəki 2 MTN generalları üzləşdirildi.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-in Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.i286823014278382573._szw480h1280_

Избранная запись

Ramiz Mehdiyevin ermeni xanımı Qalina Yuryevna

14671118_1808739119401875_6841621646938493811_nMehdiyevin həyat yoldaşı da milliyyətcə ermənidir. Hərçənd «boz kardinal» bunu müstəqillik dövründən sonra ustalıqla gizlətməyi bacarmışdı. Və o, bir çoxlarından fərqli olaraq, arvadını gürcü əsilli olduğunu pasportunda qeyd etdirib. Bu da onu göstərir ki, Mehdiyev çoxlarından ağıllı və uzaqgörəndir. Mehdiyevin oğlu Timur Mehdiyev də məhz dayılarının imkanlarından istifadə edərək, Ermənistanda özünə geniş biznəs sahəsi qura bilib. Elə düşmən ölkəyə neft ötürən iş adamlarından biri də Məhdiyəvin oğlu olub. Bundan başqa, Timurun hazırda Göycədə və İrəvanda bir neçə istirahət mərkəzi və otelləri var.Ramiz Mehdiyevin 72 yaşlı xanımı Qalina Yuryevnanın hər ailənin orta hesabla 2-3 hektar torpaq sahəsi olan bu səfalı kənddə 25 hektarlıq bağı var. Amma xanım Mehdiyevanı və ailəsini kənd təsərrüfatına təkcə bu torpaq bağlamır. [Mənbə: AR Kənd Təsərrüfatı nazirliyi portalı]

15241218_1838847946390992_3241463409584297259_nXınalı kəndi üzrə yardımların məbləği [böyütmək üçün tıklayın] Xınalı kəndi üzrə yardımların məbləği [böyütmək üçün tıklayın] Mehdiyevlər dövlətdən yardım da alır

Kənd Təsərrüfatı nazirliyi yanında fəaliyyət göstərən dövlət subsidiyaları üzrə Respublika Komissiyasının sənədlərinə görə, Qalina Mehdiyevanın keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində 8,92 hektar, qızı – BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kəmalə Əliyevanın isə 2,4 hektar bağ sahəsinin olduğunu bildirir.

Buna da bax: ‘Qeyri-sabitliyi qoca hökumətlər yaradır’

Cədvəl 2 Cədvəl 2 Bundan başqa, ailənin mülkiyyətində Novxanıda 100 hektarlıq üzüm bağı da var. Mehdiyevlər götürdükləri gəlirdən əlavə, bu torpaq sahələrinə qulluq etdiklərinə görə hər il dövlətdən 5 566 manat yardım alırlar. (Bu məlumatları təsdiq edən sənədlərin surətləri fotolarla materiala əlavə edilib – red.)

Buna da bax: Azərbaycan rəsmiləri — kimlər kimlərlə qohum olub?

Rəsmi sənədlərə görə, Novxanı kəndində 2016-cı il ərzində bircə nəfər dövlətdən subsidiya alıb. O da Qalina Mehdiyevadır.

Cədvəl-3 Cədvəl-3 Oliqarxların subsidiya şəffaflığı

Əksər sivil ölkələrdən fərqli olaraq, Azərbaycanda daşınmaz əmlaka olan mülkiyyət hüquqları, eləcə də şirkətlərdə pay sahibləri haqqında informasiya qanunla konfidensial məlumatlar sırasına aid edilir. Lakin kənd təsərrüfatı naziri Heydər Əsədovun təşəbbüsü ilə 2014-cü ildən etibarən dövlət büdcəsindən subsidiya alan bütün subyektlərin adları ictimaiyyətə təqdim olunur. Bu məlumatların təhlili isə onu göstərir ki, torpaq islahatının əsasən başa çatdığı 1997-ci ildən etibarən ölkədə iri mülkədarlar – ayrı-ayrı şəxslər və şirkətlər meydana gəlib.

Buna da bax: Mehdiyevin bizə göstərmək istədiyi «əjdaha»

Nazirliyin açıqladığı bilgilərə görə, Maştağa subtropik bitkilər sovxozunun torpaq sahəsinin 10,5 hektarı «AB Standard» Şirkətlər qrupunun sahibi Heydər Babayevin oğlu Eminindir. Elə buradaca «Aqroland» MMC-yə məxsus 22,58 hektar torpaq sahəsi yerləşir. Bu şirkət bir vaxtlar «Bank Avrasiya» ASC-nin və «Standard Lizinq» ASC-nin səhmdarı olub.

Cəlal Əliyevin “Zəfəran”ı

Bilgəhdəki keçmiş «Zəfəran» sovxozunun 409 hektarlıq sahəsi hazırda eyni adlı kəndli fermer təsərrüfatının mülkiyyətidir. 1999-cu ilin yanvarında qurulmuş bu təsərrüfata hələ də rəsmi sənədlərə görə, bu ilin yanvarın 31-də vəfat etmiş akademik Cəlal Əliyev başçılıq edir. Bu təsərrüfatın 60 hektarında bioloq alimin yetişdirdiyi buğda sortları, qalan torpaqlarda isə başqa bitkilər becərilir.

Milli Məclisin deputatları Azər Badamov və Ərəstun Cavadov da torpağa bağlı adamlardır. Yenə də Kənd Təsərrüfatı nazirliyinin həmin sənədlərinə görə birincinin Qusarda 16,4 hektar, ikincinin isə Şamaxıda 12 hektar əkin sahəsi var.

Buna da bax: Ramiz Mehdiyevin hakimiyyət nərdivanında addımları (İnfoqrafika)

Cavid Qurbanovun ailəsi də torpaq mülkiyyətçisidir

«Azərbaycan Dəmir Yolları» QSC-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun atası Qənbər kişinin adına Yevlax və Bərdə rayonları ərazisində 217,28 hektar torpaq rəsmiləşdirilib. Burada buğda və başqa kənd təsərrüfatı məhsulları becərilir.

2016-cı ildən kənd təsərrüfatı sektoruna girişənlərdən biri də daşınmaz əmlak mülkiyyətçiliyi və idarəçiliyi sahəsində fəaliyyət göstərən «PMD Group» MMC-dir. Qısa vaxt ərsində şirkət İsmayıllı, Göyçay, Qəbələ, Siyəzən və başqa rayonlarda 515,87 hektar torpaq satın alıb. Yeri gəlmişkən, «Paşa Holdinq» MMC-nin tərkibinə daxil olan bu qrup 2015-ci ildən «Bank Avrasiya» ASC-nin üç səhmdarından biridir.

Bu il «Expressbank» ASC-nin səhmdarları arasında baş verən dəyişiklik sonrası Hikmət Xammədov onun 25 səhmlərinin faizinin sahibi olub. Daha çox «Azərenerji» ASC-nin İH sədri Etibar Pirverdiyevin qaynı kimi tanınan bu şəxsin Qusar və Xaçmaz rayonlarında 273,3 hektar meyvə bağları da var.

Buna da bax: «Global Stone» şirkətinin Ramiz Mehdiyevin kürəkəni ilə əlaqəsi var — Hüquqşünas

Xaçmazda «Avro-Asiya İnşaat Korporasiyası EVRASCON» ASC-nin İH sədri Manaf Şirinov da 58 hektar sahədə bağ salıb.

Heydərovların torpaq sahələri

Ən böyük torpaq mülkiyyətçisi isə «Gilan Holdinq» və bu qrupa daxil olan şirkətlərdəndir. Taxıl, pambıq, çay, tərəvəz əkini, meyvə yetişdirilməsi ilə məşğul olan bu şirkətlərin («Gilan», «Gilan Dairy Farms», «Gilan Tea», «ASPİ-Agro», «ASPİ Land», «Aqro Kompleks Qəbələ», «MNK», «Aqro İnvest Ltd», «Abşeron Zeytun», «Gilan Lənkəran Konserv Zavodu», «AGS», «Aqro-Azərinvest» MMC-lər) ölkənin bir çox bölgələrində 7 min hektara yaxın əkin altında olan torpağı mövcuddur. Bu şirkətlərin mülkiyyətində həm də geniş torpaqları olan emal müəssisələri də var.

“Gilan” Holdinqə birbaşa bağlılığı olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşı da iri torpaq mülkiyyətçisidir. Keçmiş Maştağa tərəvəzçilik-südçülük sovxozunun 4 hektarını Səməd Heydərov 2016-cı ildə alıb.

Buna da bax: Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib — tam mətn)

Rusiyalı milyarderlər də subsidiya alır

Rusiyalı milyarder Fərhad Əhmədova məxsus olan «Teymur Əhmədov adına AzNar» QSC 1013 hektar sahədə meyvə yetişdirdiyinə görə dövlətdən subsidiya alır.

Ağsu rayonunda meyvə şirələri və şərab istehsal edən «Az-Granata» MMC 500 hektar, «Synergy Group» şirkətlər qrupuna daxil olan Siyəzəndəki «Caspian Coast Winery and Vineyards» MMC 131,7 hektar, «Gəncə Şərab-2» ASC 265,4 hektar sahədən bar toplayır.

«Bakfem» fındıq emalı zavodu Qusar və Xaçmaz rayonlarında 883,5 hektar fındıq bağına qulluq edir.

Kənd Təsərrüfatı Nazirliyinin sənədlərinə görə taxıl və başqa dənli bitkilər istehsalı ilə məşğul olan, Almaniya kapitalı ilə yaradılmış «Ağstafasüd» ASC-nin istifadəsində 2690,5 hektar torpaq var. Taxılçılıqla məşğul olan «Səba» ASC-yə daxil olan «Qarabağ Taxıl», «Qarabağ Toxum», «Biləsuvar süd» və «Muğan Aqro-Servis» MMC-lər toplam 5105 hektar, «Azər Toxum» MMC 4668 hektar, «Kraun-Ko» MMC 14015 hektar, «Süsən Aqro» MMC 1813 hektar sahəyə görə subsidiya alır.

Buna da bax: Ramiz Mehdiyev: «Marionetka statusu istisna edilir»

«MKT İstehsalat Kommersiya» MMC 2358 hektar sahədə pambıq və taxıl, «Azərsun Holdinq» isə 3469 hektarda dənli bitkilər və tərəvəz yetişdirir. Bu şirkətlər daha çox sahədə becərilən məhsul tədarük edirlər. Qeyd olunan torpaq sahələrinə onların özləri xidmət göstərdiklərinə görə subsidiyanı da özləri alırlar.

Kəndlilərə kolxozlar qalıb

Azərbaycanda torpaq islahatı aparılmayan iki təsərrüfat var. Bunlar rusların yaşadığı İsmayıllının İvanovka kəndindəki Nikitin adına, Goranboyun Rus Borisi kəndindəki Kalinin adına kolxozlardır. Birincinin 5107 hektar ikincinin isə 489,24 hektar torpaq sahəsi təsərrüfatda yaşayanlar tərəfindən birgə əkilib-biçilir.

Azərbaycanda torpaq islahatı aparılarkən bəzi bölgələr istisna olmaqla adambaşına kolxoz və sovxoz torpaqlarından düşən pay 1 hektardan yuxarı olmayıb. Bəzi kəndlərdə bu göstərici bir neçə sot olub. Kənd Təsərrüfatı nazirliyi 2014-cü ildən başlayaraq şəffaflığın təmin olunması məqsədilə dövlətdən subsidiya alan şəxsləri adbaad siyahı üzrə açıqlayır. AzadlıqRadiosu həmin siyahıları təhlil edərək müəyyən edib ki, ölkədə 200-dən çox vətəndaşın torpaq sahələri 100 hektardan 900 hektara qədərdir. Onların birlikdə sahib olduqları torpağın ümumi sahəsi 44 min hektara çatır.

Buna da bax: Londonda «Sən kiminsən ay şirkət» sualı dildən düşməyib

Mandat ya torpaq

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərini və əmlakları haqda məlumatı bəyan etməsinə dair müddəa qanunvericilikdə 2005-ci ildən qüvvədədir. Lakin vətəndaş cəmiyyətinin təpkisinə baxmayaraq, məmurlar hələ də bu məlumatları təqdim etmirlər. Səbəbi isə çox sadədir: bəyanetmə sisteminin işə düşməsi ilə məmurların gəlirlərinin heç də yalnız vəzifə maaşları olmadığı, çoxsaylı mülklərə, avtomobillərə, bank hesablarına sahib olduqları cəmiyyətə bəlli olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin subsidiyalarda bağlı açıqladığı məlumatlar bu mülklərin yalnız kənd təsərrüfatına adi olan, özü də yalnız əkilib-becərilən hissəsini əks etdirir.

Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclisin deputatlarının özəl biznesə sahib olmasını qadağan edir. Konstitusiyanın 89-cu maddəsinin 1.4-cü bəndində göstərilir ki, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda… deputat mandatından məhrum edilir.

Buna da bax: Beynəlxalq ofşor qalmaqalında Paşayevlərin adı çəkilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9-cu bəndində isə açıq şəkildə qeyd olunur ki, vəzifəli şəxslərin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq, eləcə də bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozmalar hesab olunur. Dövlət qulluqçularının əmlaka sahiblənmək üçün vəzifəsindən birbaşa, yaxud dolayısı ilə istifadə etməsi isə cinayət məsuliyyəti yaradır.

Qarabagi geri qaytaramiriq ,ordunu Suriyaya döyüşməyə göndərir

14956514_1823260464616407_2483564920566239561_nYüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəda dəstək olacag Azərbaycan.Bu bizə lazımdırmı? Qarabagi geri qaytaramiriq ,ordunu Suriyaya döyüşməyə göndərir, Putinin əmrin yerinə yetirir.Kremlin nəzarətindəki “Nezavisimaya qazeta” qəzeti “Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiya tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər” məzmunlu məqalə dərc edib.Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. Rusiya qəzetinin yazdığına görə, bu görüşmədə də Suriyaya hərbi birlik göndərilməsi məsələsi müzakirə olunub.

EY GECƏ- GÜNDÜZ İLHAM ƏLİYEVƏ YALTAQLIQ ETMEKTƏN ZÖVQ ALAN MANQURTLAR!

15267807_1836769506598836_854396131660948766_nDəyərli həmvətənlərim! Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək.Hökumətimiz çox ayıq siyasət yürüdür. Özü çalıb-çapıb, yeyib taladığı xəzinənin hesabını bədbəxt xalqa ödətdirmək üçün çeşidli planlar düzüb qoşur. Yeni cərimələr, qiymət artımları, vergilər, rüsumlar. Xülasə, məsələ “biz yemişik, siz ödəyin” məsələsidir. Bütün oyunlar da xalqın cibinə girmək üçün planlanır. Həm də lap ağını çıxarırlar. Son kommunal xidmət artımları ilə hesablasaq, aylıq qazancı 300 manat olan bir ailə o haqları ödəyəcək durumda belə olmayacaq.Ayılın cənablar, ayılın. Amma nə olursa olsun mənim milli kimliyim və duyğularım imkan vermir ki, mən hər an Azərbaycanımız haqqında düşünməyim, yaxud da millətimizin düşdüyü bu ağır iqtisadi böhrana göre narahat olmayım. Və inanın, neçə illərdir mövcud hakimiyyət ilə apardığım mubarizə və ehtirazlarım bir başa bu amillərlə bağlı olmuştur. İlham Əliyev kimi bir diktator və onun korrupsioner ətrafı Azərbaycan demək olubdur? Deyin görüm nə vaxtdan mənim Atamın ölümünə səbəb olan, bu gündə qardasim Renad narkotik satışı adı altında ittiham fərəh duyan prezidentiniz müdafiye olmaga layig görülüb? Ilham Aliyev ve onun Sulale Hakimiyyeti esidin:Sizə bir daha deyirəm və soxun bunu birdəfəlik başınıza.EY GECƏ- GÜNDÜZ İLHAM ƏLİYEVƏ YALTAQLIQ ETMEKTƏN ZÖVQ ALAN MANQURTLAR! MƏNİM QƏLBİMDƏ VƏ RUHUMDA OLAN MİLLƏT SEVGİSİNİ, SİZLƏR XƏYAL BELƏ EDƏ BİLMƏZSİNİZ. Fəqət, hal hazırda ÖZ ELİMDƏ İLHAM ƏLİYEVƏ BOYUN ƏYİB,ONUN İRADƏSİNƏ TABE OLMAQDANSA, QÜRBƏT ELDƏ MUBARİZƏ APARIB REJİMİ DEYİŞMƏK DAHA YAXŞIDIR MƏNCƏ. VƏ GEDİN İLHAM ƏLİYEVİNİZƏ DEYİN Kİ, ƏGƏR ONDA AZDA OLSA QANACAQ VƏ TƏRBİYƏ VARSA, ÖZ ƏDAVƏTİNİ MƏNİMLƏ APARSIN, AİLƏMLƏ YOX.

Riyad Əliyev

Mehriban Əliyevanin yırtıcı qohumları

14708002_1809724689303318_4742391958402658093_oMehriban Əliyevanın həyat hekayəsi “Zoluşka”-nın nağılından çox daha fərqlidir.

Mehriban güc ilə həyat yoldaşının sayəsində tanış olmadı; o, ölkənin güclü ailələrindən biri olan “Paşayevlərin” bir nümayəndəsidir. Paşayev ailəsinin digər üzvləri hökümətdə və elmdə mühüm yerlər tutublar. Mehriban Əliyevanın əmisi alcag Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, hal-hazırda Xarici İşlər Nazirinin müavini olan Hafiz Paşayevdir. Fizika və riyaziyyat sahəsində giydirme elmi dərəcəyə sahib olan atası alkas Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bacısı ehlagsiz,7 ere gedib bosanan Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı bölməsinin dekanı, həm də “Nərgiz” adlı moda jurnalının sahibidir. Paşa Bank, Paşa Siğorta, Paşa Construction, Paşa Travel adlı şirkətlər, Lider TV və Nərgiz kosmetika firması da Paşayev ailəsinə məxsusdur.

Guggenhaim Muzeyini Xəzər dənizinin sahilində açmaq xəyalı baş tutmayınca Əliyeva, Müasir Sənət Muzeyini yaratdı. Muzeydə öz portretlərini asdırdığı üçün tənqid olunsa da, muzey önəmli şəhər mirasları arasında özünə yer tapıb.

Sultan və şahzadələri memarlıq sahəsində də boş dayanmadı. Mehriban Əliyeva və qızı Leyla 2012-ci ildə Bakıda keçirilən Eurovision yarışmasından əvvəl Bakı küçələrinə də “əl gəzdirdilər.”

Heydər Əliyev Fondunun prezidenti olan bacisinan geri galmayan,ayagi surusgen Mehriban Əliyeva, şəhərin ən populyar ticarət mərkəzi olan “Neftçilər prospektini” başdan ayağa bərpa etdi, işıqlandırdı. Mehriban Əliyeva və qızının Escadadan Armaniyaya qədər bütün məşhur markaları topladığı bu küçə artıq “Kiçik Paris” olaraq tanınır. Bir iddiaya görə markaların çoxu da Leyla Əliyevaya aiddir.

2007-ci ildə inşaatına başlanılan və hələ də bitirilməyən 350 milyon dollarlıq “Alov Qüllələrinin” inşaatının tamamlanması üçün Əliyeva yenə də öz ağırlığını ortaya qoydu və hələ içində bir mismar belə vurulmayan binanı reklam filmlərində istifadə etdi. Fond eyni zamanda prestijli otel zəncirləri olan Jumeriah, Marriot və Four Seasonun Bakıya gəlməsi üçün vasitəçi oldu.

Leyla Əliyeva style.com-a verdiyi açıqlamada ölkəsinin moda mərkəzinə çevriləcəyi barəsində çox iddialı danışmışdı.

“Sənət, moda və memarlıq sahəsində bir sıçrayış yaratdıq. Məşhur modelyer Tom Ford belə Sovet ölkələri arasında ilk mağazasını bizdə açmağa qərar verdi. Siz fikirləşin!”

Bundan başqa şəhərin imicini xarici qonaqlara yaxşı göstərmək üçün istifadə etdikləri üsullar xeyli qınağa səbəb oldu. Hava limanından şəhərin mərkəzinə gedən yolda ətrafdakı kasıb evlərin görsənməməsi üçün tikilən divar buna bir nümunədir. Heydər Əliyev Fondu qısa müddətdə bu “məhəllələri” də təmir edəcəyini bildirsə də, müxalifət fondun sadəcə varlıları dəstəklədiyini bildirərək ailəni yerdən yerə vurdu.

Birinci xanım üçün həddindən artıq gözəldir

Mehribaninin  gündən-günə gəncləşməsi özü-özlüyündə bir xəbər mövzusu olmağa başladı. 2010-cu ildə İtaliyanın “İl Foglio” jurnalında “Birinci xanım üçün həddindən artıq gözəldir” başlıqlı məqalədə Mehriban Əliyevanın xaricə səfərləri zamanında plastik cərrahi əməliyyatlar keçirdiyi, bu səbəblə üz əzələlərini çətinliklə oynatdığı, geyindiyi paltarların isə hətta Qərb dünyası üçün belə “cəlbedici” olduğu yazılmışdı. Azərbaycan hökuməti rəsmi açıqlama yayaraq, iddiaların “Mehriban Əliyevanın qürur və şərəfini zədələmək üçün qurulmuş bir axmaqlıqlar silsiləsi” kimi gördüklərini və jurnaldan rəsmi üzr gözlədiklərini bəyan etmişdi. İngiltərənin «Guardian» qəzetində yayımlanan və Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Mehribanın bu baxımlı halının bəzən insanları çaştırdığı da qeyd olunmuşdu. 2008-ci ildə Dick Cheyininin həyat yoldaşı Lynn Cheynini səhər yemeyinə dəvət edən Mehriban Əliyevanın silikon görünüşü protokol işçilərini çaşdırmış və sonda onlar ananın ortada oturacağı ehtimalına uyğun hərəkət etmişdilər.

Ailə ilə bağlı xəbərlər sadəcə gözəllik və moda ilə bağlı deyil, rüşvətxorluqla bağlı da sərt iddialar var. «The Guardian» qəzətində Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Leyla və Arzu Əliyevaların Vircin adalarında 4 ofşor şirkətə sahib olduqları yazılmışdı: Arbor Investments, LaBelleza Holdings, Harvard Management, Rosamund International. Prezidentin mətbuat katibi Azər Qasımov isə verdiyi açıqlamada “onlar da hər hansı bir Azərbaycan vətəndaşı kimi ticarətlə məşğul ola bilərlər. Onların yaşı və digər kriterilər buna qanuni imkan verir. Yəni burada qeyri-adi heç bir şey görmürəm” deyə Arzu və Leyla Əliyevanı müdafiə etmişdi.

2011-ci ilde Arzu və Leyla Əliyeva bacıları ölkənin üçüncü telekommunikasiya şirkəti olan “Azərfonun” da böyük ortaqlarıdır və bunu Panamada qurduqları vasitəçi şirkətlə gizlədə biliblər.

Bu İlham Əliyevin qızlarının mənbəyi açıqlanmayan şirkətləri haqqında ilk informasiya deyil. Hələ 2012-cu ildə “Washington Post” ailənin Dubayda 75 milyon manatlıq mülkə sahib olduğunu yazımışdı. «Azadlıq» radiosu isə Arzu Əliyevanın hökumətin bankların özəlləşdirməsi ilə bağlı tenderində aktiv iştirak etdiyini, “Kontakt Online” jurnalı isə birinci xanımın ailəsi Paşayevlərin Bank Standart, Kapital Bank və Paşa Bank kimi 10 belə müxtəlif bankı idarə etdiyini yazmışdı.

Aclıq olsun, kef olsun!

14555776_1803760686566385_163471866_nMənim xalqım! Aclıq olsun, kef olsun! Bunu da atalarımız demiş. Bivec, laqeyd, arsız insanlar haqqında demiş. Vurdum duymaz, karsala insanlar dünya dağılsa da eynlərinə almazlar. „Allahdan buyruq, ağzıma quyruq“ – deyərlər. Belə arsız insanların halını ifadə etmək üçün rişxəndlə „aclıq olsun, kef olsun!“ – deyib atalar. Bunun rişxənd olduğunu anlamaq üçün isə „ac ayı oynamaz!“ – demişlər. Amma bu iqtidar xalqa sübut etmək istəyir ki, aclıq da olsa, insanlar kef çəkir. Çünki bəzi ac ayılarına əlaltından bir bir şeylər ötürürlər və onlar da guya oynayırlar, özləri də „evladi vətən“ xam olduğu üçün keyf çəkirlər.

Azadlıq mübarizəsi….

14159093_1686239915031851_1702124696_nHörmetli Armin Kasper menim qardaşım Renad Əliyevin simasında bütün siyasi məhbuslaraımıza Alman dilində ən xoş arzu və istəklərini dilə gətirmiş.

Eines Tages ( Hauptsätze )                                                                                                                    Eines Tages , Bruder, wirst du wieder lachen.                                                                                          Eines Tages wirst du frei und glücklich sein.                                                                                            Eines Tages wirst du deine Mutter ( wieder ) sehen.                                                                           Eines Tages wirst das Lachen deiner Kinder ( wieder ) hören.                                                         Eines Tages wirst du dein Täubchen ( Frau ) wieder in den Armen halten.                                     Eines Tages, Mutter , wirst du deine Söhne stolz und frei sehen.                                                 Sie bleiben nicht ewig fern der Heimat.                                                                                                   Sie werden triumphieren Sie werden die Fahne ihres Landes tragen .                                           Sie werden Freiheitskämpfer und Helden der Heimat sein.                                                       Eines Tages wirst du, Tyrann, du Diktator, zahlen müssen.                                                           Eines Tages wird das Volk die Fesseln brechen.                                                                             Eines Tages wird das Volk die Ketten sprengen.                                                                             Eines Tages wird das Volk in seinem Freiheitsdrang deiner Willkür trotzen.                               Dann wirst du , Volk , begreifen , dass man nicht in Knechtschaft leben kann.                       Du ( Volk ) wirst dich regen .                                                                                                                           Du ( Volk ) wirst deine Furcht bezwingen.                                                                                                 Du ( Volk ) wirst kämpfen und bald triumphieren .                                                                             Freiheit , Stolz , Demokratie.

Armin Kasper

В один прекрасный день (основные положения) Однажды, брат, вы будете смеяться снова. В один прекрасный день вы будете свободны и счастливы. Однажды вы мать (снова) см. Когда-нибудь ты (опять же), чтобы услышать смех ваших детей. Когда-нибудь вы будете держать снова в объятиях своего голубя (женщины). Однажды, мама, вы увидите, гордый и освободить своих сыновей. Не остаться навсегда вдали от дома. Вы восторжествует Они будут нести флаг своей страны. Вы будете борцы за свободу и героев Родины. Когда-нибудь вы будете, тираном, вы должны платить диктатора. Однажды люди будут разорвать оковы. Однажды люди будут разорвать цепи. Однажды народ бросил вызов своим Freiheitsdrang свой произвол. Тогда вы, люди понимают, что вы не можете жить в рабстве. Вы (человек) будет стимулировать вас. Вы (человек) победит свой страх. Вы (люди) будут бороться и одержать победу в ближайшее время. Свобода, гордость, демократия.

Mehriban Əliyevanin yırtıcı qohumları

11224354_1810241065918347_381434111186325899_oMehriban Əliyevanın həyat hekayəsi “Zoluşka”-nın nağılından çox daha fərqlidir.

Mehriban güc ilə həyat yoldaşının sayəsində tanış olmadı; o, ölkənin güclü ailələrindən biri olan “Paşayevlərin” bir nümayəndəsidir. Paşayev ailəsinin digər üzvləri hökümətdə və elmdə mühüm yerlər tutublar. Mehriban Əliyevanın əmisi alcag Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, hal-hazırda Xarici İşlər Nazirinin müavini olan Hafiz Paşayevdir. Fizika və riyaziyyat sahəsində giydirme elmi dərəcəyə sahib olan atası alkas Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bacısı ehlagsiz,7 ere gedib bosanan Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı bölməsinin dekanı, həm də “Nərgiz” adlı moda jurnalının sahibidir. Paşa Bank, Paşa Siğorta, Paşa Construction, Paşa Travel adlı şirkətlər, Lider TV və Nərgiz kosmetika firması da Paşayev ailəsinə məxsusdur.

Guggenhaim Muzeyini Xəzər dənizinin sahilində açmaq xəyalı baş tutmayınca Əliyeva, Müasir Sənət Muzeyini yaratdı. Muzeydə öz portretlərini asdırdığı üçün tənqid olunsa da, muzey önəmli şəhər mirasları arasında özünə yer tapıb.

Sultan və şahzadələri memarlıq sahəsində də boş dayanmadı. Mehriban Əliyeva və qızı Leyla 2012-ci ildə Bakıda keçirilən Eurovision yarışmasından əvvəl Bakı küçələrinə də “əl gəzdirdilər.”

Heydər Əliyev Fondunun prezidenti olan bacisinan geri galmayan,ayagi surusgen Mehriban Əliyeva, şəhərin ən populyar ticarət mərkəzi olan “Neftçilər prospektini” başdan ayağa bərpa etdi, işıqlandırdı. Mehriban Əliyeva və qızının Escadadan Armaniyaya qədər bütün məşhur markaları topladığı bu küçə artıq “Kiçik Paris” olaraq tanınır. Bir iddiaya görə markaların çoxu da Leyla Əliyevaya aiddir.

2007-ci ildə inşaatına başlanılan və hələ də bitirilməyən 350 milyon dollarlıq “Alov Qüllələrinin” inşaatının tamamlanması üçün Əliyeva yenə də öz ağırlığını ortaya qoydu və hələ içində bir mismar belə vurulmayan binanı reklam filmlərində istifadə etdi. Fond eyni zamanda prestijli otel zəncirləri olan Jumeriah, Marriot və Four Seasonun Bakıya gəlməsi üçün vasitəçi oldu.

Leyla Əliyeva style.com-a verdiyi açıqlamada ölkəsinin moda mərkəzinə çevriləcəyi barəsində çox iddialı danışmışdı.

“Sənət, moda və memarlıq sahəsində bir sıçrayış yaratdıq. Məşhur modelyer Tom Ford belə Sovet ölkələri arasında ilk mağazasını bizdə açmağa qərar verdi. Siz fikirləşin!”

Bundan başqa şəhərin imicini xarici qonaqlara yaxşı göstərmək üçün istifadə etdikləri üsullar xeyli qınağa səbəb oldu. Hava limanından şəhərin mərkəzinə gedən yolda ətrafdakı kasıb evlərin görsənməməsi üçün tikilən divar buna bir nümunədir. Heydər Əliyev Fondu qısa müddətdə bu “məhəllələri” də təmir edəcəyini bildirsə də, müxalifət fondun sadəcə varlıları dəstəklədiyini bildirərək ailəni yerdən yerə vurdu.

Birinci xanım üçün həddindən artıq gözəldir

Mehribaninin  gündən-günə gəncləşməsi özü-özlüyündə bir xəbər mövzusu olmağa başladı. 2010-cu ildə İtaliyanın “İl Foglio” jurnalında “Birinci xanım üçün həddindən artıq gözəldir” başlıqlı məqalədə Mehriban Əliyevanın xaricə səfərləri zamanında plastik cərrahi əməliyyatlar keçirdiyi, bu səbəblə üz əzələlərini çətinliklə oynatdığı, geyindiyi paltarların isə hətta Qərb dünyası üçün belə “cəlbedici” olduğu yazılmışdı. Azərbaycan hökuməti rəsmi açıqlama yayaraq, iddiaların “Mehriban Əliyevanın qürur və şərəfini zədələmək üçün qurulmuş bir axmaqlıqlar silsiləsi” kimi gördüklərini və jurnaldan rəsmi üzr gözlədiklərini bəyan etmişdi. İngiltərənin «Guardian» qəzetində yayımlanan və Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Mehribanın bu baxımlı halının bəzən insanları çaştırdığı da qeyd olunmuşdu. 2008-ci ildə Dick Cheyininin həyat yoldaşı Lynn Cheynini səhər yemeyinə dəvət edən Mehriban Əliyevanın silikon görünüşü protokol işçilərini çaşdırmış və sonda onlar ananın ortada oturacağı ehtimalına uyğun hərəkət etmişdilər.

Ailə ilə bağlı xəbərlər sadəcə gözəllik və moda ilə bağlı deyil, rüşvətxorluqla bağlı da sərt iddialar var. «The Guardian» qəzətində Wikileaks sənədlərinə əsaslanan bir məqalədə Leyla və Arzu Əliyevaların Vircin adalarında 4 ofşor şirkətə sahib olduqları yazılmışdı: Arbor Investments, LaBelleza Holdings, Harvard Management, Rosamund International. Prezidentin mətbuat katibi Azər Qasımov isə verdiyi açıqlamada “onlar da hər hansı bir Azərbaycan vətəndaşı kimi ticarətlə məşğul ola bilərlər. Onların yaşı və digər kriterilər buna qanuni imkan verir. Yəni burada qeyri-adi heç bir şey görmürəm” deyə Arzu və Leyla Əliyevanı müdafiə etmişdi.

2011-ci ilde Arzu və Leyla Əliyeva bacıları ölkənin üçüncü telekommunikasiya şirkəti olan “Azərfonun” da böyük ortaqlarıdır və bunu Panamada qurduqları vasitəçi şirkətlə gizlədə biliblər.

Bu İlham Əliyevin qızlarının mənbəyi açıqlanmayan şirkətləri haqqında ilk informasiya deyil. Hələ 2012-cu ildə “Washington Post” ailənin Dubayda 75 milyon manatlıq mülkə sahib olduğunu yazımışdı. «Azadlıq» radiosu isə Arzu Əliyevanın hökumətin bankların özəlləşdirməsi ilə bağlı tenderində aktiv iştirak etdiyini, “Kontakt Online” jurnalı isə birinci xanımın ailəsi Paşayevlərin Bank Standart, Kapital Bank və Paşa Bank kimi 10 belə müxtəlif bankı idarə etdiyini yazmışdı.

 

EY GECƏ- GÜNDÜZ İLHAM ƏLİYEVƏ YALTAQLIQ ETMEKTƏN ZÖVQ ALAN MANQURTLAR!

14680525_1811998669075920_8478708622452186115_nDəyərli həmvətənlərim! Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək.Hökumətimiz çox ayıq siyasət yürüdür. Özü çalıb-çapıb, yeyib taladığı xəzinənin hesabını bədbəxt xalqa ödətdirmək üçün çeşidli planlar düzüb qoşur. Yeni cərimələr, qiymət artımları, vergilər, rüsumlar. Xülasə, məsələ “biz yemişik, siz ödəyin” məsələsidir. Bütün oyunlar da xalqın cibinə girmək üçün planlanır. Həm də lap ağını çıxarırlar. Son kommunal xidmət artımları ilə hesablasaq, aylıq qazancı 300 manat olan bir ailə o haqları ödəyəcək durumda belə olmayacaq.Ayılın cənablar, ayılın. Amma nə olursa olsun mənim milli kimliyim və duyğularım imkan vermir ki, mən hər an Azərbaycanımız haqqında düşünməyim, yaxud da millətimizin düşdüyü bu ağır iqtisadi böhrana göre narahat olmayım. Və inanın, neçə illərdir mövcud hakimiyyət ilə apardığım mubarizə və ehtirazlarım bir başa bu amillərlə bağlı olmuştur. İlham Əliyev kimi bir diktator və onun korrupsioner ətrafı Azərbaycan demək olubdur? Deyin görüm nə vaxtdan mənim Atamın ölümünə səbəb olan, bu gündə qardasim Renad narkotik satışı adı altında ittiham fərəh duyan prezidentiniz müdafiye olmaga layig görülüb? Ilham Aliyev ve onun Sulale Hakimiyyeti esidin:Sizə bir daha deyirəm və soxun bunu birdəfəlik başınıza.EY GECƏ- GÜNDÜZ İLHAM ƏLİYEVƏ YALTAQLIQ ETMEKTƏN ZÖVQ ALAN MANQURTLAR! MƏNİM QƏLBİMDƏ VƏ RUHUMDA OLAN MİLLƏT SEVGİSİNİ, SİZLƏR XƏYAL BELƏ EDƏ BİLMƏZSİNİZ. Fəqət, hal hazırda ÖZ ELİMDƏ İLHAM ƏLİYEVƏ BOYUN ƏYİB,ONUN İRADƏSİNƏ TABE OLMAQDANSA, QÜRBƏT ELDƏ MUBARİZƏ APARIB REJİMİ DEYİŞMƏK DAHA YAXŞIDIR MƏNCƏ. VƏ GEDİN İLHAM ƏLİYEVİNİZƏ DEYİN Kİ, ƏGƏR ONDA AZDA OLSA QANACAQ VƏ TƏRBİYƏ VARSA, ÖZ ƏDAVƏTİNİ MƏNİMLƏ APARSIN, AİLƏMLƏ YOX.

Riyad Əliyev

Qarabagi geri qaytaramiriq ,ordunu Suriyaya döyüşməyə göndərir

14632865_1821400468135740_4222299720433440425_nYüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəda dəstək olacag Azərbaycan.Bu bizə lazımdırmı? Qarabagi geri qaytaramiriq ,ordunu Suriyaya döyüşməyə göndərir, Putinin əmrin yerinə yetirir.Kremlin nəzarətindəki “Nezavisimaya qazeta” qəzeti “Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiya tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər” məzmunlu məqalə dərc edib.Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. Rusiya qəzetinin yazdığına görə, bu görüşmədə də Suriyaya hərbi birlik göndərilməsi məsələsi müzakirə olunub.

Создайте бесплатный сайт или блог на WordPress.com. , автор: Anders Noren.

Вверх ↑